
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınacaq.
Bu barədə Qanunpress.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təyyarələr və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə humanitar yardımların yola salınması üçün hazırlıq işləri görülür.
***
Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan xüsusi təyinatlı nəqliyyat vasitələri qardaş ölkəyə yola düşüb.
FHN-in 16 ədəd nəqliyyat vasitəsilə zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 830 ədəd çadır və 279 ədəd qızdırıcı yola salınıb.
