Sizin reklam burada
Sizin reklam burada

Goranboyda icra nümayəndəsi kənd sakinini döyüb xəstəxanalıq etdi

Goranboyda icra nümayəndəsi kənd sakinini döyüb xəstəxanalıq etdi



Həmkəndlilər arasında suya görə dava düşüb

Goranboyda döyülmə faktı qeydə alınıb. Qanunpress.com - un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Həmənli kəndində qeydə alınıb.

Kənd sakini 1969-cu il təvəllüdlü Mahir Verdiyev Nuru oğlu kənddə su üstündə həmkəndlisi tərəfindən döyülüb. Xəstə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildilib ki, 50 yaşlı kişinin vəziyyəti kafidir. Döyülən şəxsin sözlərinə görə, o, Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Abbasov Hüseynalı tərəfindən su üstündə aralarında yaranan mübahisə zamanı döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş