
Abbasov Kamran Yahya oğlu 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur.
1981-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə olmuşdur. 1986-cı ildə həmin universiteti bitirmişdir.
1986-cı ilin avqust ayından 1988-ci ilin sentyabr ayına qədər Ağdaş şəhər Nizami adına 2 saylı orta məktəbdə, 1988-ci ilin sentyabr ayından 1989-cu ilin sentyabrına qədər Ağdaş şəhər M.Qorki adına 4 saylı rus orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.
1991-ci ilin dekabr ayından 2017-ci ilin fevral ayına qədər Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatında məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.
3 fevral 2017-ci il tarixdən Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Kamran müəllim işlədiyi Ağstafa Rayon Təhsil Şöbəsində təlim-tərbiyənin yüksək səviyyədə təşkilinə , eləcədə təhsildə böyük uğurlar qazanması Kamran müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Kamran müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.
