
Aprelin 17-də Dəstəfur kəndində keçirilən səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səyyar görüşdə ölkəmizdə yeni dövrün tələblərinə uyğun yüksək səviyyədə davam etdirilən sosial-iqtisadi inkişafdan danışıb. Bildirib ki, son 15 ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan islahatlar davamlı xarakter daşıyır və bu ilin əvvəlindən başlayaraq sosial islahatların əhatə dairəsi daha da genişləndirilmişdir.
“Bu gün Azərbaycan vətəndaşı əmindir ki, aparılan islahatlar, atılan addımlar, qəbul edilən dövlət proqramları yalnız xalqın sosial rifahının yüksəldilməsinə xidmət göstərir”, - deyə rayon rəhbəri çıxışında qeyd edib.
Daşkəsən rayonunda görülmüş işlər barədə geniş məlumat verən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Dəstəfur kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciətləri dinləyib, qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyəti üzrə tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində müsbət həllini tapıb.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı






