Sizin reklam burada
Sizin reklam burada

Ermənilər Naxçıvanı atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu


Sentyabrın 14-ü saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ