Sizin reklam burada
Sizin reklam burada

DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” FƏALİYYƏTİNİN DAVAM ETDİRİR

Daşkəsən rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən yaradılan Günərzi Qayğı Mərkəzi fəaliyyətini uğurla həyata keçirir.
İctimai Birliyin sədri İradə Rzazadə bildirib ki, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə yaradılan Günərzi Mərkəzində 3-12 yaş arası 30 uşağa xidmət göstərilir. Tək valideynli, çox uşaqlı ailələrdən olan, həmçinin sağlamlıq imkanları məhdud uşaqların qatıldığı Mərkəzdə onlara sosial-psixoloji dəstək göstərilir, abilitasiya xidmətləri həyata keçirilir. Eyni zamanda məktəbyaşlı uşaqlara pedaqoqlar tərəfindən dərslərinin hazırlanmasına köməklik göstərilir, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif növ dərnəklər və tədbirlər təşkil edilib. Mərkəzdə eyni zamanda bu qrupdan olan ailələrə sosial, hüquqi dəstək təmin edilir, onların maarifləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
“Günərzi Qayğı Mərkəzi” uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesi təşkil edir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafı və tərbiyəsi ilə məşğul olur, müxtəlif təlimlər həyata keçirir. Psixoloji testlər və məsləhət saatları, musiqi dərsləri, idman yarışları və əyləncəli oyunlarda uşaqlar böyük həvəslə iştirak edirlər.
Mərkəzdə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər görülür. Onlar maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilir, eyni zamanda məktəbdə oxuyan uşaqların ev tapşırıqlarının hazırlanmasına köməklik göstərilir.
Uşaqların psixi-sosial inkişafı məqsədilə mərkəzdə sosial işçilər, pedaqoqlar, tərbiyəçilər, psixoloqlar çalışırlar. Uşaqlar gün ərzində 3 dəfə yeməklə təmin olunurlar.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri
DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” FƏALİYYƏTİNİN DAVAM ETDİRİR
DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” FƏALİYYƏTİNİN DAVAM ETDİRİR
DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” FƏALİYYƏTİNİN DAVAM ETDİRİR
DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” FƏALİYYƏTİNİN DAVAM ETDİRİR
DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” FƏALİYYƏTİNİN DAVAM ETDİRİR
DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” FƏALİYYƏTİNİN DAVAM ETDİRİR
DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” FƏALİYYƏTİNİN DAVAM ETDİRİR

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ