Sizin reklam burada
Sizin reklam burada

Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

 Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb





Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qanunpress.com -a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb. Üzərindən narkotik vasitə olan “heroin” aşkar edilən saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci illərin müxtəlif vaxtlarında rayon razisindəki ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğrulması müəyyən edilib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
 Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ