Sizin reklam burada
Sizin reklam burada

Şər və Böhtan yazanlara tutarlı cavab

Şər və Böhtan yazanlara tutarlı cavab




Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, hər bir işində yorulmaz rəhbər, nümunəvi icra başçısı. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı Qax rayonu İcra hakimiyyətinin başçısı Musa Şəkilyevdir . Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Musa müəllim . Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkilyevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir?
Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlumdur. Amma bu yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər Dövlətə -Dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Musa Şəkilyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Musa Şəkilyevin şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda Qax Rayon İcra Hakimiyyətinin uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir.

P.S. Qanunpress.com olaraq bəzilərinin diqqətinə çatdırır ki Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkilyevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkilyevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.

  • Sosial şəbəkədə paylaş