Sizin reklam burada
Sizin reklam burada

İCRA BAŞÇISININ MÜAVİNİ VƏZİFƏDƏN UZAQLAŞDIRILDI – FOTO

İCRA BAŞÇISININ MÜAVİNİ VƏZİFƏDƏN UZAQLAŞDIRILDI – FOTO







Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova tutduğu vəzifədən uzaqlaşıb.

Qeyd edək ki, o 2013-cü ildən etibarən Xaçmaz Rayon İcra Hakimiyyətində çalışıb. Əvvəl sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – başçının müavini, daha sonra icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 2018-ci ildən bəri isə icra başçısının birinci müavini vəzifəsində çalışıb.

Qanunpress.com xəbər verir ki, İlhamə Nəzərova vəzifədən uzaqlaşmasını 7times.az-a təsdiqləyib.

O qeyd edib ki, işdən öz istəyi ilə çıxıb və dövlət qulluquçusu fəaliyyətinə başqa bir sahədə davam edəcək.

İCRA BAŞÇISININ MÜAVİNİ VƏZİFƏDƏN UZAQLAŞDIRILDI – FOTO

  • Sosial şəbəkədə paylaş