
Ötən gecədən müşahidə edilən güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerji təsərüffatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb.
“Azərişıq”dan Qanunpress.com - a verilən məlumata görə, “Azərişıq” ASC Qərb RETSİ-nin qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir-bərpa işləri həyata keçirib.
