Sizin reklam burada
Sizin reklam burada

1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin uğurları göz qabağındadır.

1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin uğurları göz qabağındadır.


Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Mirəli Şixəliyev belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Son illər Daxili İşlər Nazirliyində, polis orqanlarındada və rayonlararası qeydiyyat-imtahan şöbələrində böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar.
Mirəli müəllim işlədiyi Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Mirəli müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Mirəli müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş