Sizin reklam burada
Sizin reklam burada

Mətləb Murquzov - əsl insan vətənpərvər olmalıdır.

Mətləb Murquzov  - əsl insan vətənpərvər  olmalıdır.


Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Mətləb Murquzov Bərdə rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisliyi fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.
İnsanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəisdir. Bu şəxs Bərdə rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mətləb Murquzovdur. Bu insanı Bərdə camaatı çox gözəl tanıyır. Mətləb Murquzovun vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.
- Mətləb Murquzov əsl vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.
- Mətləb Murquzov yüksək insanlığı ilə seçilən bir insan və Bərdə rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisidir!
- Mətləb Murquzov - əsl vətənpərvər üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda gənc əsgərlərin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.
Ona etibar edilən bütün postlarda Mətləb Murquzov özünü doğruldub. Bizdə hörmətli Mətləb Murquzovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

  • Sosial şəbəkədə paylaş