Sizin reklam burada
Sizin reklam burada

İsmayıllının yeni başçısı Turizm Assosiasiyasının sədridir

 İsmayıllının yeni başçısı Turizm Assosiasiyasının sədridir


Bu gün İsmayıllı rayonuna icra başçısı təyin edilən Nahid Bağırovun kimliyi ictimaiyyətdə maraq doğurur.
Qanunpress.com-un verdiyi xəbərə görə, N.Bağırov fəaliyyəti dövründə daha çox turizm sahəsində işləyib. O, 2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri kimi tanınıb. 2015-ci ildə N.Bağırov 2 il müddətinə Ümumdünya Turizm Təşkilatına qoşulmuş dövlətlərin Avropa üzrə vitse-prezidenti seçilib.
Eyni zamanda, 9 fevral növbədənkənar parlament seçkilərində 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd olub.

  • Sosial şəbəkədə paylaş