Sizin reklam burada
Sizin reklam burada

Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşüb

Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşüb




Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edənlər arasında həmin vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk Prezident Ayaz Mütəllibov da olub.
Qanunpress.com xəbər verir ki, A. Mütəllibov rəsmi dövlət və hökumət nümayəndələri ilə bir yerdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Eyni zamanda, keçmiş dövlət başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əl verib, salamlaşıb.
Qeyd edək ki, A. Mütəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib.

  • Sosial şəbəkədə paylaş