
Prezident İlham Əliyev baş nazirin iki müavininin vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.
Baş nazirin iki müavini - Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarılıb.
Qanunpress.com xəbər verir ki, hər iki müavin yaş həddinə görə təqaüdə göndərilib.
Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev də vəzifədən azad oluncaq. Qərarlar yaxın günlərdə rəsmən açıqlanacaq. Dəyişikliklər yeni Baş nazirin təyinatından sonra Nazirlər
Kabinetində islahatların aparılması ilə əlaqədardır.
