Sizin reklam burada
Sizin reklam burada

Avropa İttifaqı prezidentin əfv sərəncamını alqışlayıb

Avropa İttifaqı prezidentin əfv sərəncamını alqışlayıb



Avropa İttifaqı (Aİ) prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatları üzvləri, bloqqer və jurnalistlər də daxil olmaqla 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.
Qanunpress.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibinin bəyanatında deyilir.
Bildirilib ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq gələcəkdə də analoji addımlar atacağını gözləyir:
“Aİ əməkdaşlığı, eyni zamanda bu əlaqələrdə mühüm element sayılan insan haqları sahəsində münasibətləri inkişaf etdirmək üçün Azərbaycanla işləməyə davam edəcək”.

  • Sosial şəbəkədə paylaş