Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan XİN İrana başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan əyalətindəki Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı verib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Xorasan əyalətində kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik”, - paylaşımda qeyd edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ