Rusiya Federasiyasının prezidenti Vladimir Putin fevral ayında Türkiyəyə rəsmi səfər edəcək.
Trend xəbər verir ki, TurkicWorld bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb.
Bildirilib ki, Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna münaqişəsi, İsrailin Qəzzaya hücumları və Qırmızı dənizdəki hadisələr də daxil olmaqla, regional və qlobal məsələləri müzakirə edəcəyi gözlənilir.
