Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev BƏƏ Prezidentinə başsağlığı verib

İlham Əliyev BƏƏ Prezidentinə başsağlığı verib




Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana başsağlığı verib.
Başsağlığında deyilir:
“Əlahəzrət,
Qardaşınız – Əbu-Dabi Əmirinin Nümayəndəsi Şeyx Səid bin Zayed Al Nəhyanın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ