Sizin reklam burada
Sizin reklam burada

Rusiyada Azərbaycan və Ermənistan spikerləri arasında mübahisə olub

Rusiyada Azərbaycan və Ermənistan spikerləri arasında mübahisə olub





Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edib.
Xarici KİV xəbər verir ki, Sankt-Peterburqda keçirilən iclasda Sahibə Qafarovadan sonra Ermənistan parlamentinin sədri Alen Simonyan yenə də erməni xislətinə uyğun əsassız ittihamlar irəli sürüb.
Bundan sonra spikerlər arasında mübahisə yaranıb. Sahibə Qafarova rəsmi naharda iştirak etməkdən imtina edib.

  • Sosial şəbəkədə paylaş