Sizin reklam burada
Sizin reklam burada

Vilayət Eyvazov yeni rəis təyin etdi

Vilayət Eyvazov yeni rəis təyin etdi



Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
Oxu.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis mayoru Şaiq Ağayev Xocavənd Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.
Bu təyinata qədər o, Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.

  • Sosial şəbəkədə paylaş