Sizin reklam burada
Sizin reklam burada

Sabiq nazirin ölkədən çıxışına “stop” qoyulub

 Sabiq nazirin ölkədən çıxışına “stop” qoyulub



Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Gununsesi.info-nun bununla bağlı əldə etdiyi məlumatda bildirilir ki, sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması Xarici İşlər Nazirliyindəki anti-korruspiya əməliyyatı ilə bağlı açılmış cinayət işinə görədir.

“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır” deyə mənbəmiz bildirib.

Qeyd edək ki, Elmar Məmmədyarov Ermənstanin Tovuz təxribatı zamanı ölkə başçısının sərt tənqidlərinə məruz qaldıqdan sonra vəzifəsindən azad edilib.

  • Sosial şəbəkədə paylaş