Sizin reklam burada
Sizin reklam burada

Ceyhun Bayramovla iranlı həmkarının telefon danışığı oldu

Ceyhun Bayramovla iranlı həmkarının telefon danışığı oldu

Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Mediatv.az-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edərək, ona fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Nazirlər möhkəm tarix və mədəni köklər üzərində qurulan ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Sosial şəbəkədə paylaş