medeniyyet - Qanunpress.az
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mayın 14-15-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Builki festival da maraqlı proqram və dünyanın müxtəlif ölkələrindən istedadlı incəsənət xadimlərinin təqdimatları ilə yadda qalacaq.
Festivalın əsas məqsədlərindən biri mədəni dialoqun inkişafına töhfə vermək və musiqicilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir. Məhz bu səbəbdən zəngin mədəniyyət hadisəsi olan  “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına Azərbaycan ifaçıları və musiqi kollektivləri ilə yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Yaponiya və digər ölkələrdən incəsənət nümayəndələri dəvət alıb.
Festivala mayın 14-də Cıdır düzündəki konsertlə start veriləcək.  Tədbir 2 gün ərzində Şuşanın bir sıra məkanlarını əhatə edəcək.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında  məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.
Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Festivalın bəzi konsertləri Laçın şəhərində də olub.
Azərbaycanı “Avroviziya 2026”da o təmsil edəcək
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
Prezidentdən bu milli parklarla bağlı - Fərman
“Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası təsdiqləndi
Azərbaycanlı aktyor Hollivud filmində çəkiləcək - İlk dəfə
Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu
Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək
Bu məktəblərdə pilot ixtisaslar tədris olunacaq
Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub