Sizin reklam burada
Sizin reklam burada

Memar Əcəminin abidəsi ucaldılacaq - Sərəncam

Memar Əcəminin abidəsi ucaldılacaq - Sərəncam



Memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Sosial şəbəkədə paylaş