
"Ötən il 1 milyondan çox yeni iş yeri açılıb". Qanunpress.com xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunan konfransda deyib.
Nazir bildirib ki, artıq sahibkarlara lisenziyanın verilməsi elektronlaşıb və bu müqabildə 990-dan artıq elektron lisenziya verilib: "İndiyə kimi regionlarda 5 Sənaye Məhəlləsi fəaliyyətə başlayıb ki, rezidentlər tərəfindən 140 milyon manatadək investisiyanın yatırılması gözlənilir. Sənaye Məhəllələrində 36 rezident qeydiyyatdan keçib ki, onlardan 21-i artıq istehsala başlayıb. Hələ 15 rezident şirkətlərin açılması gözlənilir.
Bugünə kimi 6 ölkədə ticarət evləri, Çində 2 şərab evi açılıb".
