Sizin reklam burada
Sizin reklam burada

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə ilk görüşünü keçirib

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə ilk görüşünü keçirib





“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir
İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə
qaliblərindən biri olan Vüqar Mamedov ilə ilk görüşünü keçirib.
3-cü “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə
mentorluq proqramının iştirakçısını təbrik edən Zakir İbrahimov onun praktiki fəaliyyətə
cəlb olunması ilə mövcud potensialının inkişafına zəmin yaradılacağını, peşəkarlıq
vərdişlərinin, bilik və bacarıqlarının, idarəçilik sahəsində təcrübəsinin artırılmasına zəruri
dəstək göstəriləcəyini bildirib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq “AzerGold”
QSC-nin İdarə Heyətinin sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx
əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və beləliklə, öz potensialını üzə
çıxarmasına kömək göstərəcəyini vurğulayıb.
Görüşdə Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti haqqında müsabiqə qalibinə
məlumat verib, ölkəmizin dağ-mədən sahəsinin inkişafı istiqamətində reallaşdırılan
layihələrdən danışıb, sözügedən sahənin xüsusi və mürəkkəb məqamlarına toxunub,
geoloji, metallurji, mədənçıxarma və digər aspektlərindən bəhs edib.
Daha əvvəl 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Nazim Novruzov və 2-ci
“Yüksəliş” müsabiqəsinin qalibi Əli Əhmədovla Mentorluq proqramı çərçivəsində
əməkdaşlıq etdiyini xatırladan Z.İbrahimov müsabiqə qalibləri ilə kifayət qədər
məhsuldar əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki,
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin istedadlı gənclərin idarəçilik
sahəsində önə çəkilməsi istiqamətində yürütdüyü siyasətə uyğun olaraq müsabiqə
qaliblərindən Əli Əhmədov “AzerGold” QSC-də müşavir, İlyas İsmayıllı isə Strateji
planlaşdırma və layihələrin idarəolunması şöbəsinin müdirinin müavini vəzifəsinə təyin
olunub.
Görüşdə müsabiqə qalibi Vüqar Mamedov 3-cü “Yüksəliş” müsabiqəsinin
Mentorluq proqramı çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin şəxsi
təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi
qəbula görə təşəkkürünü bildirib. O, proqram müddətində idarəçi rəhbərin
tövsiyyələrindən maksimum bəhrələnməyə çalışacağını diqqətə çatdırıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin
26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş
aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının
vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani,
yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər
(https://yukselish.az/mentors.html ) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20
min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində
Sərəncam imzalanıb

  • Sosial şəbəkədə paylaş