Sizin reklam burada
Sizin reklam burada

Şahmatçımızı qalibdən cəmi 0,5 xal ayırdı

Şahmatçımızı qalibdən cəmi 0,5 xal ayırdı


Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq şahmat turniri başa çatıb.

Qanunpress.com xəbər verir ki, turnirin klassik yarışlarında mübarizə aparan Azərbaycan şahmatçılarından Vüqar Əsədli 9 turdan 7 xal toplayıb. Bu nəticə ilə liderdən cəmi 0,5 xal geri qalan V.Əsədli 2-9-cu yerləri bölüşüb. Komandamızın digər üzvlərindən Zaur Bayramov 6 xalla 23-cü, Nail Bəşirli 5,5 xalla 40-cı yerləri tutublar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 227 şahmatçı mübarizə aparıb.

  • Sosial şəbəkədə paylaş