Sizin reklam burada
Sizin reklam burada

Güləşçimiz ilk Dünya Çimərlik Oyunlarında gümüş medal qazandı

Güləşçimiz ilk Dünya Çimərlik Oyunlarında gümüş medal qazandı



Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində güləş üzrə yarışlara start verilib.
Qanunpress.com xəbər verir ki, təmsilçimiz Kənan Əliyev (90 kq) qrupda gürcü Dato Marsaqişvili (0:3), portuqaliyalı Rafael Da Silva (0:3) və pakistanlı Məhəmməd İnama (1:3) məğlub olaraq mübarizəni dayandırıb. Güləşçimizin təsəllisi türk Murat Özkan (3:0) üzərində qazandığı qələbə olu
Ancaq Pənah İlyaslı (70 kq) startda gürcü Levan Kelexsaşviliyə (0:1) uduzsa da, braziliyalı Viktor Dos Santos (4:1), ukraynalı Semyon Radulov (1:0) və qətərli Abdulrəhman İbrahimə (3:0) qalib gələrək yarımfinala yüksəlib. Rumıniyalı Stefan Yonut Komanı da 3:0 hesabı ilə üstələyən həmyerlimiz adını finala yazdırıb. Güləşçimiz finalda yenidən L.Kelexsaşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə eyni hesabla uduzan güləşçimiz gümüş medala sahib çıxıb.
Oktyabrın 15-də İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) qüvvələrini sınayacaqlar.

  • Sosial şəbəkədə paylaş