Sizin reklam burada
Sizin reklam burada

Ramil Şeydayev 90 dəqiqə oynadı

Ramil Şeydayev 90 dəqiqə oynadı




Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" klubu bu gün Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Samara təmsilçisi 25-ci turda doğma meydanda "Ural"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Meydana start heyətdə çıxan Şeydayev sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Krılya Sovetov" 25 turdan sonra 27 xalla 13-cü pillədə qərarlaşıb. "Ural" isə 33 xalla 10-cudur.

  • Sosial şəbəkədə paylaş