Sizin reklam burada
Sizin reklam burada

FIFA Azərbaycanda oynamış futbolçunu ömürlük cəzalandırıb

FIFA Azərbaycanda oynamış futbolçunu ömürlük cəzalandırıb


"Bakı" klubunun sabiq üzvü İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.

"Report" FIFA-nın saytına istinadən xəbər verir ki, 37 yaşlı oyunçu matçların nəticələrini manipulyasiya etdiyi üçün bu cəzaya məruz qalıb.

Qeyd edək ki, İbrahim Karqbo 2010-2013-cu illərdə "Bakı" komandasında çıxış edib. Sierra Leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa komandası olan "Dulviç Hamlet"in formasını geyinib.

  • Sosial şəbəkədə paylaş