Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın daha bir gimnastı II Avropa Oyunlarına vəsiqə qazanıb

Azərbaycanın daha bir gimnastı II Avropa Oyunlarına vəsiqə qazanıb



Qadın idman gimnastlar arasında Avropa çempionatında çoxnövçülük yarışlarının təsnifat mərhələsi başa çatıb.

ONA-nın məlumatına görə, Polşada təşkil olunan yarışda Azərbaycan idmançılarından İvan Tixonovun ardınca Marina Nekrasova da final mərhələsinə yüksəlib.

O, 4 hərəkətin cəmində 50,099 xal yığıb və təsnifat mərhələsində 24-cü yeri tutub.
Bu, ona finala yüksəlməklə yanaşı, II Avropa Oyunlarında vəsiqə də verib. Final mərhələsi aprelin 13-də olacaq.

Qeyd edək ki, İvan Tixonov final mərhələsində bu gün mübarizə aparacaq.

  • Sosial şəbəkədə paylaş