Sizin reklam burada
Sizin reklam burada

Millimiz 5 pillə gerilədi

Millimiz 5 pillə gerilədi



FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan yığması ötən ayla müqayisədə 5 pillə geriləyib. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Azərbaycan milli komandası 1161.8 xalla 118-ci pillədə qərarlaşıb.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv oktyabr ayında keçirdiyi oyunlarda Estoniya və Slovakiyaya məğlub olub.

Qeyd edək ki, reytinq cədvəlinə Argentina seçməsi başçılıq edir. Son dünya çempionlarını aktivində 1883,5 xal var. Fransa (1859,85) ikinci, İspaniya isə (1844,33) üçüncü yerdədir.

  • Sosial şəbəkədə paylaş