Sizin reklam burada
Sizin reklam burada

Meza Kolli yenidən Azərbaycanda

Meza Kolli yenidən Azərbaycanda



“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Klubdan verilən məlumata görə, əyalət təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.

Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizin isə “İnter” “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

  • Sosial şəbəkədə paylaş