Sizin reklam burada
Sizin reklam burada

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək





Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start veriləcək.

"Report"un məlumatına görə, açılış oyunu Bakıda baş tutacaq. Çempionatın debütantı "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmayıb.

Azərbaycan Premyer Liqası
I tur
4 avqust

20:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Dalğa Arena”.

Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları avqustun 5-də, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" görüşləri isə 6-da keçiriləcək.

  • Sosial şəbəkədə paylaş