Sizin reklam burada
Sizin reklam burada

Cüdoçularımız Avropa Oyunlarında mübarizəni dayandırdı

Cüdoçularımız Avropa Oyunlarında mübarizəni dayandırdı




Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarının qarışıq komanda yarışında mübarizəni dayandırıb.
Cüdoçularımız səkkizdəbir final mərhələsində Fransa seçməsi ilə qarşılaşıblar. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Günel Həsənli (70 kq), Nigar Süleymanova (+70 kq), Vüqar Talıbov (90 kq) və Camal Həmzətxanov (+90 kq) tatamidən məğlub ayrılıblar.
Komandamız ilk görüşündə Çexiya millisini 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, komanda yarışları bu gün başa çatacaq.

  • Sosial şəbəkədə paylaş