Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın şahmat millisi bu gün Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın şahmat millisi bu gün Avropa çempionatında mübarizə aparacaq





Bu gün Polşada III Avropa Oyunları ərəfəsində şahmatın blits növü üzrə Avropa çempionatı keçiriləcək.

Qanunpress.com-un məlumatına görə, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadənin yer aldığı Azərbaycan millisi ilk olaraq 7 qarşılaşma keçirəcək.

Yığma ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla üz-üzə gələcək.

Reqlamentə əsasən, komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

  • Sosial şəbəkədə paylaş