Hadisə - Qanunpress.az
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqini tapıb.
Hökmə əsasən, E. Əliyevaya 12 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, hadisə 2024-cü ildə baş verib. Elmira əri Samiri öldürüb meyiti həyətdə basdırdıqdan sonra üzərinə gül əkib. Polis itkin düşdüyü bildirilən Samirin öz həyat yoldaşı tərəfindən qətlə yetirildiyini aşkarlayıb.
Bu rayonlara dolu düşəcək - Xəbərdarlıq
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, F.Poladov bacısı ilə Ramalın münasibətini öyrənib. O, “Tiktok” sosial şəbəkəsində bacısının Ramalla əl-ələ fotosunu görüb, həmçinin həmin şəxsin tez-tez “VAZ” markalı avtomobillə yaşadığı evin qarşısına gəldiyini öyrənib.
Bundan sonra F.Poladov Ramalı yaşadıqları evin yaxınlığına çağırıb. Gecə saat 02 radələrində baş tutan görüş zamanı yeniyetmə oğlan Ramala avtomobildə bıçaqla hücum edərək zərbələr endirib. R.Quliyev kəskin qan itirmədən ölüb.
Sabah da yağış yağacaq
Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntılar gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə yağıntıların bir qədər güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Biri 13, digəri 12 il müddətinə həbs edildi
Hüquq müdafiəçisi Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Təqsirləndirilən şəxslər cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında, qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda qaçaqmalçılıq, vergiləri ödəməkdən yayınma və rəsmi sənədləri saxtakarlaşdırmaqda təqsirli bilinib.
Hökmə əsasən, Anar Məmmədli 13, Anar Abdulla isə 12 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən iclasda prokuror Anar Məmmədlinin 14, Anar Abdullanın isə 13 il azadlıqdan məhrum edilməsini tələb edib.
Nazirlik əhaliyə yenidən müraciət etdi
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir:
“Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
“Mediada autizm spektr pozuntusu olan yetkinlik yaşına çatmayan Aylinin (ad şərtidir) psixoloq yanında keçirilən məşğələ zamanı fiziki zorakılığa məruz qalmasını əks etdirən video görüntü yayılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və Şirvan Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri tərəfindən uşağın yaşadığı ünvana ailə səfəri həyata keçirilib.
Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün qəsəbə ərazisində qeydə alınıb.
Belə ki, 1955-ci il təvəllüdlü Nadir Novruzov ilə oğlu, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov arasında mübahisə yaranıb. Mübahisə zamanı Təhmasib Novruzova bıçaqla xəsarət yetirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğluna xəsarət yetirməkdə şübhəli bilinən 71 yaşlı Nadir Novruzov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin fəaliyyətinin dayandırılması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) REAL TV-yə bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin inzibati binasının istismara yararsız vəziyyətdə olması ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən binaya baxış keçirilib.
Qeyd olunub ki, müvafiq şöbələrin təmirə yararsız olması ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və fasiləsiz tibbi xidmətin təmin olunması məqsədilə müəssisənin stasionar fəaliyyət göstərən Dəri şöbəsi Hövsan Sağlamlıq Mərkəzinin inzibati binasında ayrılmış şöbəyə köçürülüb.
Eyni zamanda, stasionar tibbi xidmət göstərən İnfeksion şöbənin fəaliyyəti ilə bağlı vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində müvafiq göndərişlərlə təmin olunurlar.