Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtda 26 top mərmisi tapılıb

Sumqayıtda 26 top mərmisi tapılıb


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)Sumqayıt şəhərində əməliyyat keçirib.
Qanunpress.com ANAMA-ya istinadən xəbər verir ki, səhər saatlarında Agentliyə Sumqayıt şəhəri ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz tədbirlər nəticəsində 26 ədəd tərkibində müxtəlif miqdarda partlayıcı maddə olan top mərmilərinin qalıqları (5 ədəd 76 mm-lik top mərmisi (OF-350) və 21 ədəd 85 mm-lik top mərmisi (O-365)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Sosial şəbəkədə paylaş