Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanlı ana Gürcüstanda qızını bıçaqladı

Azərbaycanlı ana Gürcüstanda qızını bıçaqladı


Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ana gənc qızına bıçaqla ciddi xəsarətlər yetirib.
Qanunpress.com Report - a istinadən verdiyi xəbərə görə, hadisə ötən gün rayonun Qızılhacılı kəndində baş verib.
İnsidentin ana və qızı arasında yaranmış ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Mübahisə zamanı ana qızına boğaz və sinə nahiyələrindən üç bıçaq yarası vurub.
Yaralanmış qız Marneuli xəstəxanalarından birinə çatdırılaraq, əməliyyat olunub. Yaralının vəziyəti orta-ağırdır.
Polis hadisəni törətməkdə şübhəli bilinən qadını saxlayıb. Gürcüstanın Daxili İşlər Nazirliyi qəsdən sağlamlığa ağır zərər vurma və ailə zorakılığı maddələri üzrə cinayət işi açıb.

  • Sosial şəbəkədə paylaş