Sizin reklam burada
Sizin reklam burada

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı


Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

  • Sosial şəbəkədə paylaş