Sizin reklam burada
Sizin reklam burada

Bakıda 29 yaşlı oğlan öldürüldü - Qardaşı polisə təslim oldu

Bakıda 29 yaşlı oğlan öldürüldü - Qardaşı polisə təslim oldu



Bakıda 29 yaşlı oğlan qətlə yetirilib.
Hadisə bu gün saat 11 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib.

Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub.

Hadisənin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş