Sizin reklam burada
Sizin reklam burada

Başçının maşını yaşıllıqları məhv edir? - FOTOFAKT

Başçının maşını yaşıllıqları məhv edir? - FOTOFAKT





Bakı şəhərində avtomobil yaşıllıqların üzərində park edilib.

Qanunpress.com Oxu.az-a istinadən xəbər verir ki, foto Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında çəkilib.

Belə ki, avtomobil sahibi maşını belə saxlamaqla həm yaşıllığı məhv edir, həm də sakinlərin küçədən keçməsinə maneə yaradır.

Avtomobilin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə aid olduğu vurğulanır.

Qeyd edək ki, sözügedən ərazidə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin iyul ayında abadlaşdırma işləri aparılıb və sakinlərin ixtiyarına verilib.

***

Qanunpress.com xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata görə, avtomobil Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir suvarma sistemləri idarəsinə məxsusdur.

  • Sosial şəbəkədə paylaş