Sizin reklam burada
Sizin reklam burada

Gülsarə Kərimovna ölkədən qaçmağa hazırlaşır...?- Zəngilan Rayon Məhkəməsinin sədri hansı dövlətin vətəndaşıdır..?

Gülsarə Kərimovna ölkədən qaçmağa hazırlaşır...?- Zəngilan Rayon Məhkəməsinin sədri hansı dövlətin vətəndaşıdır..?




Bizim “Gündəlik-Bakı” olaraq Gülsarə adında problemimiz yoxdur...
Gülsarə Kərimovnanın ŞOK SƏS yazısı...
“Gündəlik-Baku.com” media qurumu olaraq xeyli müddətdir ki, Suraxanı Rayon Məhkəməsinin sabiq hakimi, hazırda Zəngilan Rayon Məhkəməsinin sədri olan Gülsarə Kərimovna İmanova ilə bağlı araşdırma yazıları dərc edirik.
Və hər dəfə də nəzakətlə qeyd edirik ki, bizim Gülsarə Kərimovna İmanovanın personası, şəxsi həyatı ilə bağlı işimiz yoxdur.
Sadəcə, Gülsarə Kərimovna bir media qurumu olaraq Gündəlik-Bakının ona ünvanladığı suallara cavab versin.
Amma çox təəssüf ki, bir ilə qədərdir ki, davam edən yazışmalar zamanı məhkəmə sədri olan Gülsarə Kərimovna bizim suallarımıza cavab verməyib.
Biz Gülsarə Kərimovnanın neçə dəfə ərə getməsi, neçə dəfə boşanması və ya şənbə günləri işə nə üçün gəlməsi, işçiləri ilə yaxın dostluq münasibətində olması, qızlarının harada işləməsi, kimin vasitəsilə işə düzəlməsi, Elçin Qasımovla necə görüşməsi yaxud özəl həyatı ilə bağlı sual vermirik. Və bu barədə heç niyyətimiz də yoxdur. Bu onun öz işidir, şəxsi həyatıdır, bizim heç ona qarışmaq fikrimizdə olmayıb.
Biz Azərbaycan dövlətinin vətəndaşı olaraq dəfələrlə soruşmuşuq ki, xanım Gülsarə Kərimovna, siz müstəqil Türkmənistan dövlətinin vətəndaşı olaraq necə Azərbaycanda məhkəmə hakimi, sonra məhkəmə sədri oldunuz..?
Axı, elementar hüquq savadı olan şəxs bilir ki, əcnəbi ölkənin vətəndaşı başqa bir ölkədə nəinki məhkəmə sədri, heç adi məmur ola bilməz.
Axı, məhkəmə hakimi, hətta məhkəmə sədri olmaq üçün üzun bir seçkidən keçməlisən.
Biz dəfələrlə yazmışıq ki, qoy, Gülsarə Kərimovna bu məsələyə aydınlıq gətirsin.
Belə ki, Siz SSRİ-nin vaxtında Türkmənistanda anadan olmusunuz, yəni SSRİ vətəndaşı olmusunuz. 1991-ci ildə Türkmənistan müstəqillik əldə edəndə təbii ki, avtomatik olaraq Türkmənistan vətəndaşı olmusunuz.
Sonra, yəni müstəqillik dövründə Türkmənistanda 1992 – 1994-cü illərdə Darqanata rayon Qaraçak qəsəbə notariat kontorunun notariusu kimi çalışmısınız.
Və 2013-cü ildə birdən birə Türkmənistandan gəlib Azərbaycanda Suraxanı məhkəməsinin hakimi olmusunuz.
Birincisi, siz 1994-cü ildən 2013-cü ilə kimi, yəni ( 2013-1994 = 19 ) 19 il harada olmusunuz, nə etmisiniz ?
Buna aydınlıq gətirin.
Siz hətta sıradan bir şəxs deyilsiniz e, hakim, məhkəmə sədrisiniz. Siz insanların talehi ilə məşğulsunuz. Zəngilanlılar bilməlidir ki, öz hüquqlarını, talehlərini kimə etibar ediblər ?
Ən vacib və dövləti əhəmiyyət daşıyan məsələ odur ki, siz hansı dövlətin vətəndaşısınız ?
Biz haradan bilək ki, siz kimə, hansı dövlətə qulluq edirsiniz ?
Biz sizinlə bağlı hələ ki hökm vermirik, suallar veririk.
Bu suallar eyni zamanda Ali Məhkəmənin sədri, hörmətli Ramiz Rzayevə, Ədliyyə naziri hörmətli Fikrət Məmmədova ünvanlanıb.
Cənablar !
Bizim “Gündəlik-Bakı” olaraq Gülsarə adında problemimiz yoxdur.
Biz Azərbaycan dövlətinin, onun Konstitusiyasının, qanunlarının qorunmasını tələb edirik.
Təsəvvür edirsinizmi, Türkmənistan vətəndaşı gəlib Azərbaycanda məhkəmə sədri olur...
Bu dünyada analoqu olmayan bir haldır.
Buna aydınlıq gətirin dəə....
Biz Gülsarə Kərimovnanın qanunsuz qətnamələrindən danışmırıq.
Biz Gülsarə Kərimovnanın məcburi köçkünləri kağız üzərində boşadıb dövlətə vurduğu ziyandan danışımırıq.
Biz Azərbaycan dilini bilməyən Gülsarə Kərimovnanın necə məhkəmə hakimi, sonra məhkəmə sədri olmağından danışmırıq.
Biz Gülsarə Kərimovnanın şəhid anasını aşağılamasından, məhkəmə zalında qarşı tərəfi təhqir etməsindən, məclisdə Lombada oynamasından danışmırıq.
Biz ölkənin dövlət qurumlarından soruşuruq ki, Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna hansı dövlətin vətəndaşıdır..?
Gülsarə Kərimovna hər yerdə deyir ki, mənim arxamda Ədliyyə Nazirliyinin Təşkiat-nəzarət şöbəsinin rəisi Elçin Qasımov, nazirlriyin müavini Azər Cəfərov adlı şəxs dayanır.
Bütün bunlar öz yerində, Gülsarə Kərimovnanın bu yaxınlarda keçirilən məhkəmədəki çıxışının ŞOK SƏS yazısı, onun əməllərini ortaya qoyur.
Bir daha qeyd edirik ki, Azərbaycanın dövlət dilini bilməyən, vətəndaşlığı bəlli olmayan Gülsarə Kərimovna necə məhkəmə sədri ola bilər..?
Bəli, Ramiz Mehdiyev kimi dayağını itirən Gülsarə Kərimovna artıq Azərbaycanda fəaliyyət göstərə bilməyəcəyini başa düşdüyü üçün, son vaxtlar Azərbaycandan qaçmaq barədə düşünür.
Ancaq bizə elə gəlir ki, Gülsarə Kərimovna ilk öncə Azərbaycan qanunları qarşısında cavab verməlidir. Sonrası onun öz işidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

  • Sosial şəbəkədə paylaş