Sizin reklam burada
Sizin reklam burada

Rektor Gülçöhrə Məmmədovanın “qara kassası” İsrafil Məmmədov…. - Prorektor Nərgiz Abdullayevanın “xarici bazarı”

Rektor Gülçöhrə Məmmədovanın “qara kassası” İsrafil Məmmədov…. - Prorektor Nərgiz Abdullayevanın “xarici bazarı”




TQDK-dan kənar qəbula cavabdeh olan prorektor Nərgiz Abdullayeva

Gülçöhrə Məmmədovanın “1 milyon udan” müavini Tofiq Qasımov


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova barəsində dövrü mətbuatda, kifayət qədər yazılıb.
Gülçöhrə Məmmədovanın universiteti şəxsi biznesinə çevirməsi, milyonçu oliqarxa çevrilməsi, şəxsi klinikası, özəl “avtodayanacağı”, kolleci, riyaziyyat litseyi, Layihə institutu və daha nələri barədə çox yazılıb.
Biz hələ Gülçöhrə Məmmədovanın kütləvi şəkildə universitet müəllimlərinin adına kredit götürməsindən, 23 il universiteti şəxsi şirkətə çevirməsindən və daha nələr yazılmayıb.
Görəsən bu qədər obyektlərin açılmasına sərf olunan milyonları Gülçöhrə xanım haradan əldə edib ?
Tək bircə fakta nəzər salaq.
Xanım rektor universitet üçün alınan bütün məhsulların tenderini özünə yaxın şirkətlərə “hədiyyə” edir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün "A- Delfin- AA" MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün "İnci Grour of Comranies" MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün "Aysberg SH" MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat MMC-yə 24 min 944 manat, idarənin xərcləri üçün "Xəzri Grour" MMC-yə 109 min 769 manat, inventarın alınması üçün "Qardaşlar Mebel-3" MMC-yə 249 min 442.56 manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün "Automax TT" MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün "Aslift" MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün "AZRENA AA" MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün "Automax" TT MMC-yə 19 min 943 manat, cari təmir üçün "Retro Holding" MMC-yə 43 min 999.6 manat ödəyib.
Beləliklə, dövlət büdcəsi və tələbələrin təhsil haqqından toplanan vəsaitin bir qismi - 935 min 269.89 manat belə xərclənib.
Yəni təxminən 1 milyon manata yaxın vəsait...
Gülçöhrə xanım təkcə mebel almağa 250 min manat xərcləyib, liftə xidmət üçün isə təxminən 50 min manat.
Xanım rektorun biznesi sərhəd tanımır.
Bu adam imtahanları da biznesə çevirib.
Və universitetdə imtahan biznesinin başında Gülçöhrə xanımın bacısı dayanır.
Bəs görəsən bu qanunsuzluqlara dövlət qurumları niyə göz yumur, niyə susurlar.
Yenə bircə faktı oxucuların nəzərinə çatdıraq.
Bir neçə il əvvəl Hesablama Palatası Azərbaycan Memarlıq və İnşaat Universitetinə, eləcə də onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin auditini aparmışdı. Və ortaya ciddi qanunsuzluqlar çıxmışdı.
Nəticə nə oldu? Heç nə.
Hətta Hesablama Palatası Gülçöhrə xanımın baş mühasibinə də ciddi cəza verə bilmədi, sadəcə töhmətlə kifayətləndi.
Ortaya sual çıxır: Gölçöhrə xanım ƏJDAHA da olsaydı bu boyda əməlləri TƏKBAŞINA törədə bilməzdi.
Deməli, ortada cinayətkar şəbəkə var. Kimdir onlar ?
Birinci İsrafildən başlayaq.
Söhbət Gülçöhrə Məmmədovanın İqtisadi və təsərrüfat işləri üzrə müavini, prorektor — texnika üzrə fəlsəfə doktoru, dosent, İsrafil Rəfi oğlu Məmmədovdan gedir.
Bu adam haqqında qısaca onu bildirək ki, Ermənistan Respublikası, Basarkeçər (Vardenis) rayonunda anadan olub.
2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsini Ağac emalı texnologiyası ixtisası üzrə bitirib.
2012-ci ilin dekabr ayından Azərbaycan Memarlıq və İnşaat Universitetinin İqtisadi təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Belə ki, İsrafil Məmmədov universitetdə əsasən təsərrüfat işlərinə baxsa da, onun əsas işi İMTAHAN-KƏSİR BİZNESİDİR..
Bəli, İsrafil Məmmədov imtahanların hesabına milyonçuya çevrilib.
Və üstəlik Universitetdə stat üzrə müəllim işləmək istəyənlər mütləq İsrafil Məmmədovun “kalkulyator”undan keçməlidir.
Deməli, İsrafil Məmmədovun stolunun üstündə həmişə KALKULYATOR olur. Bu bir simvolik məsələdir.
Gülçöhrə Məmmədovanın şəbəkəsindəki əsas fiqurlardan biri də onun Beynəlxalq əlaqələr üzrə müavini, prorektor Nərgiz Abdullayevadır. Bu xanım xarici tələbələrin hesabına milyonçuya çevrilib.
Gölçöhrə Məmmədovanın yaxın çevrəsinin daha bir üzvü isə universitetin Tərbiyə işləri üzrə prorektoru Tofiq Qasımovdur. Bu adamın özünün ciddi tövsiyyələrə ehtiyacı var.
Bu adam tez-tez rayonlarda “komandirovka”da olur və sevdiyi avtomobil markası 200 minlik LEX-dur. Hərdən oyunlarda 1 MİLYON da udur.
Bir sözlə, Gülçöhrə Məmmədovanın müavinləri-prorektorlar bu şəbəkənin əsas üzvləridir.
Gülçöhrə Məmmədovanın digər müavin-prorektorları, yəni Tədris işləri üzrə və Ümumi işlər üzrə müavinləri barədə növbəti yazıda bəhs edəcəyik. Gundelik-baku.com

  • Sosial şəbəkədə paylaş