gundem - Qanunpress.az
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
“Qafqazinfo” xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.
Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində təqdim olunacaq. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.
Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 15 sentyabr saat 15:00-dan 22 sentyabr saat 18:00-dək davam edəcək.
İlham Əliyev Milli Fəaliyyət Planını təsdiqlədi
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
“AzerGold” QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib.
İlk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərinə uyğun icra olunub. Əməliyyatdan əvvəl təhlükəsizlik perimetri təmin edilib, xəbərdarlıq siqnalları verilib və ərazidə zəruri nəzarət tədbirləri görülüb. Partlayışdan sonra sahənin təhlükəsizliyi mütəxəssislər tərəfindən yoxlanılıb.
Qeyd edək ki, 2025-ci ilin avqust ayından yataqda genişmiqyaslı geoloji tədqiqat, topoqrafik planlaşdırma və ümumi dərinliyi 18 000 metr olan buruq-qazma işləri həyata keçirilib. Aparılan geoloji tədqiqat və kəşfiyyat işlərinin nəticələrinə əsasən, Söyüdlü qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarına uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.
İlk partlayış əməliyyatı yataqdakı resursların iqtisadi dövriyyəyə cəlb edilməsi və mədənin aktiv istismar mərhələsinə keçidi istiqamətində mühüm addımdır.
“AzerGold” QSC, həmçinin Söyüdlü mədənində müasir geotexniki monitorinq texnologiyasının tətbiqinə başlayıb. Mədənin geotexniki qeyri-sabitliyi və müxtəlif ekzogen-geoloji proseslərin aktivliyi nəzərə alınaraq, proseslərə fasiləsiz nəzarət məqsədilə “GroundProbe SSR-OMNI” yamac dayanıqlığının radar monitorinq sistemi işə salınıb.
Erkən xəbərdarlıq funksiyasına malik sistem mümkün riskləri əvvəlcədən müəyyən etməyə və sürüşmə təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir. Sistemin tətbiqi istehsalat proseslərində insan həyatının, işçi heyətin və ağır texnikanın təhlükəsizliyinin təmin olunmasına, eləcə də mümkün sürüşmələr səbəbindən yaranacaq fasilə və əlavə xərclərin qarşısının alınmasına xidmət edir.
Yatağın istismarı ilə yanaşı, filizin emalı üzrə texnoloji həllərin formalaşdırılması istiqamətində də işlər davam etdirilir. Söyüdlü filizinin mineralogiyası və metallurgiya xüsusiyyətləri, həmçinin aparılan sınaqların nəticələri əsasında ilkin emal mərhələsində flotasiya texnologiyasının tətbiqinin zəruri olduğu müəyyən edilib. Bu məqsədlə müasir flotasiya emal kompleksinin yaradılması imkanları üzrə texniki və iqtisadi qiymətləndirmələr aparılır.
Mədənin istismara verilməsi ölkənin dağ-mədən sektorunda istehsal potensialının yüksəldilməsinə və dövlət büdcəsinə daxilolmaların artırılmasına töhfə verməklə yanaşı, Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın və sosial inkişafın dəstəklənməsinə şərait yaradacaq.
İndiki mərhələdə Söyüdlü layihəsi üzrə, podrat şirkətlər də daxil olmaqla, ümumilikdə 236 nəfərin məşğulluğu təmin edilib. Onlardan 55 nəfəri Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır. Dağ-mədən sənayesində xüsusi ixtisas, texniki bilik və iş təcrübəsi tələb edən vəzifələr üzrə yerli əmək bazarında uyğun namizədlərin məhdudluğu nəzərə alınaraq, digər regionlardan müvafiq kvalifikasiya və təcrübəyə malik mütəxəssislər də layihəyə cəlb edilib.
Layihənin ilkin istismar və tikinti mərhələsini əhatə edən 2026–2029-cu illərdə birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Söyüdlü mədəninin tam istismar mərhələsinə keçməsindən sonra isə birbaşa və dolayı məşğulluğun 1 300 nəfərdən çox olacağı gözlənilir.
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
Bağçada yayılan iddialar haqda - Açıqlama
“Sosial şəbəkələrdə Yasamal rayonundakı 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunub, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradıldı
Sərfəli mobil operator “Nar”ın təşəbbüsü ilə həyata keçirilən “Jestdili.az” layihəsinin yeni versiyası istifadəyə verilib. Platformanın dizaynı və strukturu yenilənib, istifadəçi rahatlığını artıran yeni funksiyalar əlavə olunub, həmçinin beynəlxalq işarət dili üzrə yeni bölmə yaradılıb.
Yeni bölmədə beynəlxalq işarət dilində 100 söz və əlifba üzrə video materiallar təqdim olunur. İstifadəçilərin sözləri daha asan və sürətli tanıması üçün “kateqoriyalar” bölməsinə video önizləmə funksiyası əlavə edilib. Beləliklə, istifadəçi sözü açmadan müvafiq jesti qısa video vasitəsilə nəzərdən keçirə bilir.
Yeni sözlərlə yanaşı, platformada mövcud olan söz və ifadələr mütəmadi olaraq nəzərdən keçirilir, onların video materialları daha təkmil formada hazırlanaraq yenilənir. Video izahların hazırlanması üçün layihəyə yeni aktyorlar cəlb edilir, platformanın daha əlçatan olması üçün mütəmadi yeniləmələr həyata keçirilir.
Qeyd edək ki, “Jestdili.az” 2022-ci ildə “NETTY” milli internet mükafatına (I yer) və 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (IPRA) “Golden World Awards” mükafatına (I yer) layiq görülərək “Nar”ın inklüzivlik və korporativ sosial məsuliyyət sahəsində ən uğurlu təşəbbüslərindən biri kimi tanınıb.
“Nar”ın həyata keçirdiyi sosial layihələr barədə ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Magistraturaya boş qalan yerlərin nəticələri - Açıqlandı
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1457 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 508 nəfər (o cümlədən 82 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olunub.
Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək davam edəcək.
Sarayın inkişafında məsuliyyətli idarəçilik və vətəndaş məmnuniyyəti – Rövşən Rəcəbovun fəaliyyətinə baxış
Rövşən Rəcəbovun rəhbərlik etdiyi nümayəndəlik üçün əsas istiqamətlərdən biri qəsəbə sakinləri ilə dövlət qurumları arasında əlaqənin daha çevik və səmərəli qurulmasıdır. Yerli idarəçilikdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşmaq, ərazidə mövcud problemləri vaxtında müəyyənləşdirmək və onların aidiyyəti qurumlara çatdırılmasını təmin etmək mühüm vəzifələrdəndir.
Sarayda idarəçilik və vətəndaşla birbaşa ünsiyyət
Müasir idarəçilik modelində dövlət nümayəndəsinin fəaliyyətinin mühüm göstəricilərindən biri əhali ilə birbaşa ünsiyyətdir. Abşeron rayonunda keçirilən səyyar qəbul və görüşlərdə Saray qəsəbəsinin də mütəmadi olaraq diqqətdə saxlanılması bu baxımdan əhəmiyyətlidir. Rayon İcra Hakimiyyətinin 2026-cı ilin iyulunda yaydığı məlumatda Sarayda da vətəndaşlarla görüşlərin keçirildiyi və yerlərdə olan məsələlərin operativ həllinin əsas məqsədlərdən biri olduğu bildirilir.
Belə görüşlər insanların gündəlik həyatında qarşılaşdıqları problemlərin daha yaxından öyrənilməsinə, onların aidiyyəti üzrə yönləndirilməsinə və mümkün həll yollarının müəyyənləşdirilməsinə imkan yaradır. Bu prosesdə yerli nümayəndəliyin üzərinə mühüm məsuliyyət düşür.
İnkişaf edən Saray və qarşıda duran vəzifələr
Saray qəsəbəsi son illərdə əhali sayının, yaşayış massivlərinin və sosial infrastrukturun genişlənməsi baxımından diqqət çəkən ərazilərdəndir. Rəsmi məlumatlara əsasən, qəsəbədə üç tam orta məktəb fəaliyyət göstərir. Bundan başqa, qəsəbədə müxtəlif kommunal və sosial xidmət strukturları da fəaliyyət göstərir.
Saray bələdiyyəsinin fəaliyyət istiqamətləri sırasında qəsəbədaxili yolların abadlaşdırılması, su-kanalizasiya və qaz xətlərinin çəkilməsi və təmiri, təhsil və səhiyyə müəssisələrinin əsaslı təmiri kimi məsələlər qeyd olunur. Həmçinin 85 çarpayılıq Saray qəsəbə xəstəxanasının yenidən qurulması və sosial həssas qruplara dəstək tədbirləri barədə məlumat verilir.
Bu mənzərə göstərir ki, Sarayda idarəçilik yalnız inzibati məsələlərlə məhdudlaşmır. Ərazinin sosial infrastrukturu, kommunal təminatı, abadlıq məsələləri və sakinlərin müraciətləri kompleks şəkildə diqqətdə saxlanılmalıdır.
Rövşən Rəcəbov – məsuliyyət və yerli idarəçilik
Yerli nümayəndəlik səviyyəsində rəhbər şəxsin fəaliyyətində əsas meyar sakinlərin problemlərinə münasibət, dövlət siyasətinin yerlərdə düzgün icrası və müxtəlif qurumlar arasında koordinasiyanın təmin olunmasıdır.
Rövşən Rəcəbovun Saray qəsəbəsi üzrə nümayəndə kimi fəaliyyəti də məhz bu məsuliyyət çərçivəsində qiymətləndirilə bilər. Rəsmi məlumatda nümayəndəliyin tərkibində nümayəndə ilə yanaşı müavin, baş məsləhətçi-mühasib, mühəndis, aparıcı mütəxəssis və digər əməkdaşların fəaliyyət göstərdiyi qeyd olunur. Bu isə yerli idarəçilik işinin kollektiv və koordinasiyalı şəkildə həyata keçirilməsinin vacibliyini göstərir.
Abşeron Rayon İcra Hakimiyyəti
Saray kimi inkişaf edən və əhalisi artan qəsəbədə sakinlərin problemlərinə vaxtında münasibət bildirilməsi, dövlət xidmətlərinin əlçatanlığının təmin olunması və ərazidə sosial sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır.
Sakinlərin rahatlığı əsas prioritetlərdən biri olmalıdır
İdarəçilikdə uğurun ən mühüm göstəricilərindən biri insanların gündəlik həyatında özünü göstərən nəticələrdir. Yol, işıqlandırma, su, qaz, təmizlik, abadlıq, sosial obyektlərin vəziyyəti, məşğulluq və digər məsələlər sakinlərin daim diqqətində olan problemlərdir.
Bu baxımdan Rövşən Rəcəbovun rəhbərlik etdiyi nümayəndəliyin qarşısında duran əsas vəzifələrdən biri qəsəbənin inkişafı ilə bağlı məsələlərin aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə həllinə dəstək olmaq, sakinlərin müraciətlərini diqqətdə saxlamaq və yerli problemlərin yuxarı instansiyalara çatdırılmasını təmin etməkdir.
Sarayda yaşayan insanların dövlət qurumlarına münasibətinin formalaşmasında yerli nümayəndəliyin fəaliyyəti də mühüm rol oynayır. Vətəndaşın probleminə qulaq asmaq, müraciətə diqqətlə yanaşmaq və məsələnin həlli üçün imkanlar çərçivəsində çalışmaq dövlət idarəçiliyinin əsas prinsiplərindəndir.
Bu gün Saray qəsəbəsi Abşeronun inkişaf perspektivi yüksək olan yaşayış məntəqələrindən biridir. Ərazinin böyüməsi və sosial ehtiyacların artması yerli idarəçilik qarşısında yeni vəzifələr yaradır.
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, artıq 7727-yə göndərilən mesajlara cavab gəlməyə başlayıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub:
“İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib”.
DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub.
Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.
Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.