gundem - Qanunpress.az
Bu xəstəxanaya baş həkim təyin edildi
Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub.
Müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib.
O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında  həkim olub.
“BMT-nin trans-Atlantik qul ticarətinə dair qətnaməsini tam dəstəkləyirik”
Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyasının qəbul etdiyi transatlantik qul ticarətini "bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət" kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edir.
“Qafqazinfo” xəbər verir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən BTQ qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz illərdir davam edən müstəmləkəçi ayrı-seçkiliyin və tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir.
Məlumata görə, trans-Atlantik qul ticarəti müstəmləkəçilik sisteminin ən amansız ifadəsi olmaqla milyonlarla insanı zorla kölə halına saımış, eyni zamanda bu xalqları iqtisadi, mədəni və sosial inkişafdan məhrum etmişdir. Həmin ağır mirasın nəticələri bu gün də davam etməkdədir.
BTQ reparasiya məsələsini maliyyə kompensasiyası olmaqla yanaşı, daha geniş ədalət anlayışının ayrılmaz hissəsi kimi dəyərləndirir, rəsmi üzrxahlıq, müstəmləkə dövründə talan edilmiş mədəni irs nümunələrinin geri qaytarılması, təhsil və ianə fondlarının yaradılması və bu cür cinayətlərin bir daha təkrarlanmamasına zəmanət verən beynəlxalq mexanizmlərin formalaşdırılması məsələsini dəfələrlə qaldırıb:
“Təşkilatımız Afrika mənşəli xalqların üzləşdiyi ədalətsizlikləri beynəlxalq platformalarda ardıcıl olaraq gündəmə gətirmiş və bu xüsusda 2024-cü ilin dekabrında və 2025-ci ilin aprelində BMT-nin Baş Qərargahında “Afrika əsilli xalqların hüquqları üzrə işçi qrupunun 35-ci sessiyası”nda və “Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası”nda fəal iştirak etmişdir. BTQ həmin sessiyalarda neokolonializmin aradan qaldırılması və müstəmləkəçiliyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi məsələlərini bir daha gündəmə gətirib.
Həmçinin, müstəmləkə altında hələ də yaşayan afrika mənşəli xalqlarla bağlı çoxsaylı hesabatlar dərc edilmiş, görülən işlər barədə hesabat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilib. BMT Baş Katibinin hesabatında Bakı Təşəbbüs Qrupuna istinad edilməsi isə təşkilatın beynəlxalq etimada malik tərəfdaş kimi tanındığını və müstəmləkəçiliyə məruz qalan xalqların səsini dünyaya çatdırmaqda mühüm platforma rolunu oynadığını təsdiq edir”.
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” intellektual yarışının 27-ci mövsümünə start verilir. Yeni mövsümdə ölkənin müxtəlif regionlarını və ali təhsil müəssisələrini təmsil edən komandalar biliklərini sınayacaq. Belə ki, 15 region və 10 universitetdən ümumilikdə 26 komanda iştirak edəcək. Yarışın yeni mövsümünün ilk buraxılışını 22 mart saat  17:00-da İctimai Televiziyada izləyə bilərsiniz.Yarışın qaydalarına əsasən, mövsüm ərzində komandalar “Nar” Kuboku uğrunda mübarizə aparacaqlar. Mart, aprel, may və iyun aylarının çempion komandaları isə mövsümün həlledici mərhələsinə vəsiqə qazanacaq. Böyük Final oyunu 5 iyul tarixində keçiriləcək və mövsümün qalibi məhz bu oyunda müəyyənləşəcək.Qeyd edək ki, elm və təhsilin təşviqi “Nar”ın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator müxtəlif layihələr vasitəsilə gənclərin intellektual inkişafını dəstəkləyir və onların potensialını üzə çıxarmağa töhfə verir. “Nar”ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.
Ağalı məktəbinə yeni direktor təyin edildi
Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin olunub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Provayderlərin internet sürət göstəriciləri - Açıqlandı
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan “Ookla” şirkətinin metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2026-cı ilin fevral ayı üçün internet sürət göstəricilərini dərc edib.
“Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış “Sabit genişzolaqlı internet xidmətləri üzrə Fevral 2026 Təhlili” Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Fevral ayı üzrə təqdim edilən hesabat əvvəlki aylardan fərqli olaraq internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb.
Sürət kateqoriyaları
- Çox yüksək sürət – 150+ Mbps
Çox yüksək performans təqdim edən provayderlər.
- Yüksək sürət – 101 – 149 Mbps
Yüksəksəviyyəli, genişzolaqlı xidmət təqdim edən provayderlər.
- Orta sürət – 50 – 100 Mbps
Əksər istifadəçi paketlərinin yerləşdiyi geniş bazar seqmenti.
- Aşağı sürət – 1 – 49 Mbps
Nisbətən aşağı performans göstəriciləri olan xidmətlər.
Bu yanaşma istifadəçilərə bazarda fəaliyyət göstərən internet provayderlərinin performans səviyyəsini daha aydın və müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.
Kateqoriyalar “Ookla Speedtest Intelligence” platformasından əldə edilən median ölçmə nəticələrinə əsasən İKTA tərəfindən analitik şəkildə formalaşdırılaraq təqdim olunur.
Fevral ayı üzrə ölkə göstəricilərinə əsasən sabit genişzolaqlı internetin:
- median yükləmə sürəti 91,38 Mbps,
- median yükləmə sürəti (upload) 93,12 Mbps,
- median gecikmə (latency) 4 ms təşkil edib.
İKTA hesab edir ki, bu cür analitik təqdimat modeli:
- telekommunikasiya bazarında şəffaflığın artırılmasına,
- provayderlər arasında sağlam rəqabətin təşviqinə,
- istifadəçilərin internet xidmətlərini daha məlumatlı şəkildə seçməsinə mühüm töhfə verir.
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı
Sabirabadın inkişafına xidmət edən rəhbər – Siracəddin Cabbarov
Azərbaycana və İrana qayıdan yük maşınları öz ölkələrinə buraxılır
Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkəti tam dayandırıldı
Azərbaycanın Küveytdəki səfirliyindən vətəndaşlara - Çağırış