
Fransada koronavirus pandemiyasının pik dövrü başlayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, COVID-19 qurbanlarının sayı 3 mini keçib. 418 ölüm faktı son 24 saat ərzində qeydə alınıb.
Fransada koronavirus diaqnozu ilə xəstəxanalara 21 minə yaxın insan yerləşdirilib, onlardan 5 mini reanimasiyadadır. Ümumilikdə ölkə üzrə koronavirusa yoluxanların sayı 45 minə yaxınlaşır.
