Sizin reklam burada
Sizin reklam burada

Ədliyyə Nazirliyinin Penitensiar xidməti - İnsan haqları və hüquqları bizlər üçün ən vacib şərtdir .

Ədliyyə Nazirliyinin Penitensiar xidməti - İnsan haqları və hüquqları bizlər üçün ən vacib şərtdir .



Bu gün ölkəmizdə yüksək dinamika ilə inkişaf edən dövlət quruculuğu işlərində Dövlətimizin başcısı İlham Əliyev cənablarının tövsiyyələrinə uyğun olaraq bütün hüquq - mühafizə - ədliyyə orqanlarının qarşısında böyük tələblər və məsuliyyət qoyulmuşdur . İnsan faktoruna birbaşa cavabdeh olan bu dövlət qurumları cəmiyyətdə tərbiyəvi rol oynayır və insanların yenidən sağlam ruhda cəmiyyətə qayıtmasında müstəsna xidmət daşıyırlar . Tərbiyənin düzgün təşkil edilməsində və cinayət məsuliyyətinə cəlb edilmiş məhkumların sağlam ruhda islah olunub ictimai fəal həyata dönməsində Ədliyyə nazirliyi Penitensiar xidmətin xidmətləri danılmazdır . Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı cənab Ceyhun Həsənovun bu xidmətə rəis təyin olunandan bəri müsbət irəliləyişlər hiss olunmaqdadır . Bu müəssisə daim Beynəlxalq təşkilatların həm yerli həmdə xarici mətbuatın və cəmiyyətin diqqət mərkəzində olmuıdur . Ağır şərtlər daxilində cətin məsuliyyətli bu işin öhdəsindən layiqincə gəlmək əlbəttdə böyük bacarıq təcrübə tələb edilir .Ağır şərtlər dedikdə çətin və asan islah olunan insan faktorundan söhbət gedir . Məhkum olunmuş insanların cəzası bitdikdən sonra normal həyata qayıdması üçün tərbiyənin düzgün şəkildə aparılması Penitensiar xidmətin bütün əməkdaşları üçün ən vacib və ən aktual pirioaritet məsələlərdən biridir . Cənab generalın xidmətin bütün rəhbər işçilərinin və cəzaçəkmə müəssisələrinn rəhbərləri qarşısında qoyduğu tələblərdən biridə düzgün nizam - intizam , tərbiyəvi işlərin yüksək səviyyədə təşkil edilməsi , insan hüquqlarına hər zaman hörmət və onların sağlamlıqlarına daim diqqət ayrılmasıdır .
Bütün tapşırıqların həyata keçməsində Penitensiar xidmətin rəhbər heyyətinin göstərdiyi səylər təqdirəlayiqdir . Biz onların adlarını ayrı - ayrılıqda çəkməsəkdə hər birinə çox sağol deyir , bu çətin məsuliyyətli işdə uğurlar diləyirik . Bunu xüsusilə vurğulamaq yerinə düşərdiki Ceyhun müəllim hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Şəxsiyyətinə hər zaman hörmət etdiyimiz Penitensiar xidmətin rəis müavini, ədliyyə generalı cənab Oqtay Məmmədovunda xidmətləri göz qabağındadır . Oqtay müəllim hər zaman Ceyhun müəllimin rəhbərliyi altında görülən bütün işlərə dəstək olmuş öz rəhbər məsuliyyətini dərk edərək bu yolda yorulmadan çalışmış və bu missiyanı bu gündə davam etdirməkdədir . Bu yol çətin yoldur və rəhbər işçidən böyük məsuliyyət qabiliyyət bacarıq və dərin hüquqi savad tələb edir . Bu müsbət keyfiyyətləri özündə cəm edən cənab general Oqtay Məmmədova çox sağol deyir və Qanunpress olaraq bizdə öz növbəmizdə cənab generala uğurlar diləyirik . Yüksək insani keyfiyyətlərə malik olan Oqtay müllim hər zaman öz işinin öhdəsindən bacarıqla gəlmiş , rəhbərlik etdiyi qurumu harda olursa olsun layiqincə təmsil etmiş və ona göstərilən etimadı yüksək səviyyədə doğrultmuşdur .
Fürsətdən istifadə edərək qarşıdan gələn Novruz bayramı münasibətilə Ədliyyə Nazirinin Penitensiar xidmətinin bütün kollektivini başda Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı cənab Ceyhun Həsənovu , Penitensiar xidmətin rəis müavini, Ədliyyə generalı cənab Oqtay Məmmədovu , Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqovu və digər adını çəkə bilmədiyimiz rəhbər işçilərini təbrik edir ,işlərində uğurlar qanun , dövlətçilik naminə yeni - yeni nəaliyyətlər və möhkəm can sağlığı arzu edirik . Bayramınız mübarək .

Hörmətlə Qanunpress xəbər portalının baş Redaktoru Vidadi Gözəlov .

  • Sosial şəbəkədə paylaş