Sizin reklam burada
Sizin reklam burada

Bakı Mühəndislik Universitetinin uğurları göz qabağındadır .

Bakı Mühəndislik Universitetinin uğurları göz qabağındadır .





Texnika elmlər doktoru, professor Məmmədov Havar Əmir oğlu 1968-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və "Avtomatika və telemexanika" ixtisasına yiyələnmişdir. Ali məktəbdə oxuduğu müddətdə əla təhsilinə və ictimai işlərdə fəal iştirakına görə Lenin təqaüdünə layiq görülmüşdür.
1968-1970-ci illərdə o, AzPİ-nin "Avtomatika və telemexanika" kafedrasında assistent vəzifəsində çalışmış, 1970-1974-ci illərdə həmin institutun əyani şöbəsinin aspirantı olmuşdur.
1970-1971-ci illərdə ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, aspiranturada təhsilini davam etdirmişdir.
1974-1984-cü illərdə AzPİ-nin "İstehsalat proseslərinin avtomatlaşdırılması və hesablama texnikası" kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində uğurla çalışmışdır.
H.Ə.Məmmədov institutun ictimai həyatında fəal iştirak etmişdir. O, 1973-1975-ci illərdə AzPİ-nin Komsomol Komitəsi katibinin müavini, 1980-1983-cü illərdə Partiya Komitəsi katibinin müavini, 1983-1984-cü illərdə isə institutun Partiya Komitəsinin katibi olmuşdur.
H.Ə.Məmmədov 1984-1989-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Elm və təhsil müəssisələri" şöbəsində təlimatçı vəzifəsində işləmişdir.
H.Ə.Məmmədovun sonrakı əmək fəaliyyəti Azərbaycan Texniki Universiteti ilə bağlıdır. O, 1989-1991-ci illərdə AzPİ-nin axşam və qiyabi təhsil üzrə prorektoru, 1991-1993-cü illərdə tədris işləri üzrə prorektoru, 1993-1996-cı illərdə AzTU-nun "Elektron hesablama aparatlarının istehsalı və konstruksiyaları" kafedrasının, 1997-2000-ci illərdə "Telemexanika və nəqliyyatın avtomatlaşdırılması" kafedrasının, 2000-ci ildən sonra isə "Avtomatika və idarəetmə" kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 mart 2017-ci il Sərəncamı ilə Bakı Mühəndislik Universitetinin rektoru təyin edilmişdir.
H.Ə.Məmmədov 1983-cü ildə "Paylanmış parametrli dövrələrdə kommutasiyaların ardıcıl qapadılmasında keçid prosesləri" mövzusunda namizədlik, 1998-ci ildə isə "Paylanmış parametrli mürəkkəb elektrik dövrələrində kommutasiya proseslərinin analiz metodları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Professor H.Ə.Məmmədov bakalavr, magistr və doktorant pillələrində mütəxəssislərin hazırlanmasında yüksək səviyyədə elmi-pedaqoji fəaliyyət göstərmiş, ixtisaslı mütəxəssislərin, elmi kadrların hazırlanması, kafedranın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görmüşdür.
Professor H.Ə.Məmmədov kafedrada yerinə yetirilən dövlət büdcəli və kafedranın nəzdindəki ETL-da aparılan elmi-tədqiqat işlərinə rəhbərlik edir.
Professor H.Ə.Məmmədov 2000-ci ildən 2016-cı ilə qədər Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsində çalışmışdır. O, eyni zamanda ixtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədridir.
Professor H.Ə.Məmmədov 205 elmi məqalənin, 3 monoqrafiyanın, 22 dərslik və dərs vəsaitinin, 9 patentin müəllifidir. Onun elmi məqalələri ABŞ-ın, Fransanın, Malayziyanın, Türkiyənin, İspaniyanın, İtaliyanın, Rumıniyanın, Latviyanın və MDB-nin aparıcı nəşrləində dərc olunmuşdur.
Professor H.Ə.Məmmədov eyni zamanda rektor kimi Rusiyanın qabaqcıl texniki universitetləri – N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Rostov Dövlət Yollar Universiteti, Dağıstan Dövlət Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatika Universiteti, prof. N.A.Bonç-Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti, Moskva Dövlət Avtomibil-Yol Texniki Universiteti və başqaları ilə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə məqsədəuyğun və səmərəli fəaliyyət göstərir.
Professor H.Ə.Məmmədov bir sıra akademiyaların, o cümlədən Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının, Azərbaycan Beynəlxalq Mühəndislik Akademiyasının, Elmi İnkişaf üzrə Beynəlxalq Akademiyanın Həqiqi üzvü, Beynəlxalq Şərq Akademiyasının müxbir üzvüdür. Bundan əlavə prof. H.Ə. Məmmədov bir sıra ali məktəblərin (Varna Texniki Universitetinin (Bolqarıstan), Həştərxan Dövlət Universitetinin, A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının) fəxri professoru və doktorudur.
2011-ci ildə Rusiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində ikitərəfli münasibətlərin inkişafına görə "Rusiya nəqliyyatının yaradılmasının 200 illiyi" yubiley döş nişanı ilə, həmin ilin noyabrın 10-da respublikada mühəndis kadrların hazırlanması , texniki elmlərin və təhsilin inkişafındakı xidmətlərinə görə isə yüksək dövlət mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 9 oktyabr 2015-ci ildə ona əməkdar "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı verilib
Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Bakı Mühəndislik Universitetinin rektoru Texnika elmlər doktoru, professor Məmmədov Havar Əmir oğlu belə insanlardandır.
Havar Məmmədov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Havar Məmmədovun həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Havar Məmmədov işlədiyi Bakı Mühəndislik Universitetində daim müəllimlərin və tələbələrin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Havar müəllimin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində Havar müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş